Belizli iqlim mütəxəssisi: COP29-da iştirak etmək qürurvericidir

20 Noyabr 2024 18:40 (UTC+04:00)

Azərbaycanın qonaqpərvərliyi olduqca təsiredici idi. Fikirlərimizi bölüşmək, müzakirələr aparmaq və ehtiyaclarımızı bildirmək üçün belə möhtəşəm tədbirdə iştirak etmək qürurvericidir.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, bu sözləri müsahibəsində COP29-un Belizdən olan iştirakçısı, iqlim dəyişikliyi üzrə baş mütəxəssis Edalmi Belinda Pinelo deyib.

O əlavə edib: “Prioritetlərimizdən biri iqlim maliyyəsidir. Bizim insanlar tez-tez təkrarlanan tropik fırtınalardan əziyyət çəkirlər. Bu iqlim hadisələri olduqca böyük fəsadlara səbəb olur. Belə şərtlərdə uyğunlaşmağa çalışan insanların maliyyə dəstəyinə ehtiyacları vardır”.