Ukrayna XİN Kiyevdəki səfirliklərin bağlanmasına cavab verib

20 Noyabr 2024 18:27 (UTC+04:00)

Ukrayna Xarici İşlər Nazirliyi potensial təhlükəsizlik təhdidləri ilə bağlı xarici səfirliklərlə daimi əlaqə saxlayır.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə idarə öz Telegram kanalında bildirib.

Agentlik həmçinin bəyan edib ki, silahlı münaqişənin başlanmasının 1001-ci günündə mərmi atma təhlükəsi əvvəlki min gündə olduğu kimi aktualdır.

...Biz hesab edirik ki, tərəfdaşların 1001-ci gündə əvvəlki min gündə olduğu kimi, əlavə məlumat verilmədən reaksiya verməsi düzgün olardı, - deyə Ukrayna Xarici İşlər Nazirliyi yekunlaşdırıb.

Əli Babayev