Azərbaycanın Ukraynadakı səfirliyi bu ölkədə olan vətəndaşlarımıza müraciət edib.
SİA xəbər verir ki, müraciətdə Ukraynada təhlükəsizlik risklərinin artması ilə bağlı yayılmış məlumatları nəzərə alaraq, noyabrın 21-22-də konsulluq qəbulunun aparılmayacağı bildirilib.
“Səfirlik Ukraynada daimi və müvəqqəti yaşayan Azərbaycan Respublikası vətəndaşlarına müvafiq təhlükəsizlik tədbirlərinin görülməsi və yerli dövlət orqanlarının bütün tövsiyələrinə əməl olunması, hava həyəcanı siqnalına riayət olunmaqla sığınacaqlara keçmələrini bir daha xahiş edir.
Konsulluq qəbulunun aparılmayacağı bu tarixlərdə vətəndaşlarımızın üzləşə biləcəkləri, təcili və təxirəsalınmaz tədbirlərin tələb olunduğu hallarla bağlı +380 95 056 95 57 telefon nömrəsinə zəng vurmağı xahiş edirik”, - deyə məlumatda qeyd olunub.
Xatırladaq ki, artıq Kiyevdə fəaliyyət göstərən bəzi xarici ölkə səfirlikləri, o cümlədən ABŞ, İtaliya, İspaniya, Yunanıstan analoji qərarlar verib.