Azərbaycanın FIFA referisi Əliyar Ağayev UEFA Millətlər Liqasının A Divizionunun 3-cü qrupunda Bosniya və Herseqovina ilə Niderland yığmaları arasında keçirilmiş VI tur oyununu idarə edib. SİA xəbər verir ki, Zenitsa şəhərində yerləşən “Bilino Polye” stadionunda təşkil olunan qarşılaşma qollu heç-heçə ilə yekunlaşıb – 1:1. 37 yaşlı baş hakim matç ərzində cəmi bir futbolçuya sarı vərəqə göstərib. O, 76-cı dəqiqədə meydan sahiblərinin hücumçusu Ermedin Demiroviçi cəzalandırıb.
Bu qarşılaşmada Ə.Ağayevə yan xətt hakimləri Zeynal Zeynalov və Akif Əmirəli kömək ediblər. Dördüncü hakim funksiyasını İnqilab Məmmədov yerinə yetirib. Matçın VAR hakimləri Polşadan Tomaş Kviatovski və Pavel Pskit olub.
Qeyd edək ki, bu nəticəsən sonra Niderland yığması qrupunda 2-cü yeri tutaraq, Millətlər Liqasında 1/4 finala yüksəlib. Bosniya və Herseqovina isə B Liqasına yuvarlanıb.