Türkiyə ilə Niderland arasında imzalar atıldı

20 Noyabr 2024 13:38 (UTC+04:00)

Haaqada keçirilən mərasimdə Türkiyənin Prezident Dövlət Arxivləri Müdirliyi ilə Niderland Milli Arxivi arasında əməkdaşlıq protokolu imzalanıb. SİA xəbər verir ki, mərasimdə çıxış edən Türkiyənin Haaqadakı səfiri Səlcuq Ünal iki ölkə arasında 5 əsrlik diplomatik əlaqələrin tarixinə toxunub.

O, arxivlərdən tapılan mühüm sənədlərin və mənbələrin iki ölkə arasında dərin əlaqələrin zənginliyini əks etdirdiyini diqqətə çatdırıb.

Protokol münasibəti ilə keçirilən konfransda Ankara Sosial Elmlər Universitetinin müəllimi Alaeddin Tekin Türkiyə-Niderland əlaqələrinin tarixi ölçüsünü müzakirə edib.

“Leiden” Universitetinin müəllimi Rosanne Baars Osmanlı-Niderland diplomatik münasibətlərində qadınların mövqeyi haqqında təqdimatla çıxış edib.