Biləsuvar sakini dəm qazından boğularaq ölüb

20 Noyabr 2024 13:06 (UTC+04:00)

Biləsuvar rayonunda bədbəxt hadisə baş verib. SİA xəbər verir ki, hadisə rayonun Ovçubərə kəndində qeydə alınıb. Belə ki, kənd sakini, 1995-ci il təvəllüdlü İbabəyli Rəşad Əlibala oğlu yaşadığı evdə dəm qazından boğularaq ölüb.

Faktla bağlı araşdırma aparılır.