İqtisadiyyat nazirinin vətəndaş qəbulunun vaxtı dəyişdirilib

20 Noyabr 2024 12:45 (UTC+04:00)

İqtisadiyyat naziri Mikayıl Cabbarovun noyabrın 22-də Yevlax şəhərində keçirilməsi nəzərdə tutulan vətəndaş qəbulunun vaxtı dəyişdirilib. Bu barədə SİA-ya İqtisadiyyat Nazirliyindən məlumat verilib.

Qəbulun keçiriləcəyi tarix barədə əlavə məlumat veriləcək.