Azərbaycan yığması UEFA Millətlər Liqasında ən az xal toplayan üçüncü komandadır. SİA-nın məlumatına görə, C Liqasında mübarizə aparan Fernandu Santuşun baş məşqçisi olduğu kollektivlə yanaşı, Qazaxıstan B Liqasında, Andorra isə D Liqasında 1 xalla kifayətlənib. Hər üç milli 3-5-ci yerləri bölüşüblər. C Liqasında Litva və B Liqasında Finlandiya yığmaları xal qazana bilməyiblər.
Qeyd edək ki, UEFA Millətlər Liqasının qrup mərhələsində 54 komanda çıxış edib. Sonuncu turda İsveçə səfərdə 0:6 hesabı ilə uduzan Azərbaycan millisi D Liqasına düşüb.