Noyabrın 19-da elm və təhsil naziri Emin Əmrullayev BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində ölkəmizdə səfərdə olan dünyanın nüfuzlu reytinq təşkilatlarından biri "QS Quacquarelli Symonds"un Baş vitse-prezidenti Ben Sauterin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Bu barədə SİA-ya Elm və Təhsil Nazirliyindən məlumat verilib.
Bildirilib ki, görüş zamanı Azərbaycan ali təhsil müəssisələrinin QS qlobal reytinqində cari göstəricilərinin təhlili təqdim olunub və gələcək inkişaf imkanları müzakirə edilib.