ABŞ HƏMAS-ın altı rəhbər üzvünə qarşı sanksiyalar tətbiq edib

20 Noyabr 2024 08:11 (UTC+04:00)

ABŞ HƏMAS-ın altı rəhbər üzvünə qarşı sanksiyalar tətbiq edib. SİA xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyinin yaydığı bəyanatda bildirilir. Sənədə əsasən, bunların arasında hərəkatın xaricdəki nümayəndələri və "İzzəddin əl-Qəssam Briqadaları"nın üzvü var. Bundan əlavə, sanksiya siyahısına HƏMAS-ın maraqları üçün vəsait toplayan və "Qəzzaya silah qaçaqmalçılığı" ilə əlaqəli şəxslər də daxil edilib.

Bildirilir ki, göstərilən şəxslər terror fəaliyyətinə dəstək verir və Qəzza sektoruna maddi vəsaitin göndərilməsini əlaqələndirirlər.