Məryəm Üzərli bu obrazla qayıdır - FOTOLAR

20 Noyabr 2024 06:41 (UTC+04:00)

Türk əsilli almaniyalı aktrisa Məryəm Üzərli 11 il sonra ekranlara qayıdır. SİA Türkiyə mətbuatına istinadən xəbər verir ki, o, “Şakir Paşa Ailesi: Mucizeler ve Skandallar” serialında rol alacaq.

Üzərlinin layihədə məşuqə obrazına həyat verəcəyi bildirilib. Serial “NOW TV”də izləyici qarşısına çıxacaq.

Qeyd edək ki, ekran işində Vahide Perçin, Fırat Tanış, Devrim Yakut, Cem Yiğit Üzümoğlu və Nilsu Berfin Aktaş kimi məşhur simalar yer alıb.

Xatırladaq ki, Məryəm Türkiyənin məşhur “Muhteşem Yüzyıl” (2011-2014) serialındakı “Hürrem” obrazı ilə məşhurluq qazanıb.