Qəzza, Livan və Ukraynadakı hadisələrlə bağlı bəyannamə yayımlanıb

19 Noyabr 2024 18:56 (UTC+04:00)

Braziliyanın Rio-de-Janeyro şəhərində 20 ölkədən ibarət G20 qrupunun keçirilən iclasının yekun bəyannaməsi yayımlanıb.

Sammitin ilk günündə Qəzza, Livan və Ukraynadakı hadisələrlə bağlı bəyannamə yayımlanıb.

Bəyannamədə İsrailin hücumu altında olan Qəzza zolağında humanitar vəziyyət "fəlakət" olaraq qiymətləndirib və bölgədə humanitar yardıma ehtiyac olduğu vurğulanıb.

Fələstinlilərin öz müqəddəratını təyinetmə hüququna malik olduğu vurğulanaraq, iki dövlətli həll təklif edilib.

İsrail-Livan sərhədində hərtərəfli atəşkəsin dəstəkləndiyi açıqlanıb.

Bəyannamədə Ukraynadakı müharibənin qlobal ərzaq və enerji təhlükəsizliyinə mənfi təsirləri vurğulanaraq daimi sülhün dəstəkləndiyi bildirilib.

Nüvə silahlarından azad və hamı üçün daha təhlükəsiz dünya hədəfinə sadiqlik vurğulanıb.

İqlim böhranı ilə mübarizədə G20 ölkələrinin qətiyyətinə diqqət çəkilən bəyannamədə yoxsul ölkələr üçün daha çox maliyyəyə ehtiyac olduğu qeyd edilib.

Bəyannamədə süni intellekt mövzusu da yer alıb.

Süni intellektin istifadə ediləcəyi, lakin onun risklərinin diqqətdən kənarda qalmayacağı mesajı verilib.

Bəyannamədə aclıq, yoxsulluq və bərabərsizliklə mübarizə əzmi də vurğulanıb.