"Dil qaydalarının tez-tez dəyişməsi insanlar arasında çaşqınlıq yaradır" - MÜNASİBƏT BİLDİRİLDİ

19 Noyabr 2024 17:15 (UTC+04:00)

Dilimizdə qadın cinsini vurğulamaq üçün “müəllimə” ifadəsi də geniş yayılıb". Bu sözləri SİA-ya açıqlamasında təhsil eksperti Elnur Aydın deyib.

O bildirib ki, “Müəllim” sözü ümumi mənada həm kişi, həm də qadın müəllimlər üçün istifadə oluna bilər: "Orfoqrafiya və orfoepiyada baş verən dəyişikliklər isə bir neçə çətinlik yaradır.

İlk olaraq, dil qaydalarının tez-tez dəyişməsi insanlar arasında çaşqınlıq yaradır. İnsanlar yeni qaydalara uyğunlaşmaqda çətinlik çəkir və yazılı ifadələrdə daha çox səhvlərə yol verilir.
Dil qaydalarının dəyişməsi uşaqların düzgün yazı və danışıq bacarıqlarına mənfi təsir edir. Dilçilik İnstitutu bu cür dəyişiklikləri əsaslandırmalı və insanlara sadə formada izah etməlidir. Orfoqrafiya və orfoepiya sahəsində sabitliyin olması dilimizə dəqiqlik gətirər.

Təcrübə göstərir ki, lüğətlərin hazırlanmasında, yenilənmə və təkmilləşməsində ictimai baxış da nəzərə alınmalıdır. Orfoepiya normalarının tənzimlənməsi Eksperimental fonetika laboratoriyasında cihazlar vasitəsilə aparılır: Burada müntəzəm olaraq sözlərin necə tələffüz olunduğu yoxlanılır.

Ümumiyyətlə, Azərbaycan orfoqrafiyasının tarixi inkişaf etmiş digər xalqlarinorfoqrafiyası ilə müqayisədə cox cavandır.Qrfoqrafiyamızın tarixi Füzulininməşhur “Qələm olsun əli ol katibi bəd təhririn” misrası ilə başlanan qitədən hesabetmək lazımdır. İlk dəfə bu qitədə sözün düzgün yazılışının vacibliyigöstərilmışdir. Bundan sonra Axundovun əsərlərində orfoqrafiya məsələlərinətoxunulmuşdur. “Əkinçi” qəzeti də yazımızın sabitlşməsi üçün çox böyük işlər görmüş, dilimizə yeni bir üslubla yanaşı vahid yazı qaydaları gətirmişdir.

Dilimizdəki sözlərin əksəriyyətinin orfoqrafiyası orfoepiyasından fərqlənmir. Belə sözlərin düzgün yazılışı tələffüz üçün, düzgün tələffüzü isə yazımız üçün əsas verir. Orfoqrafiyanın orfoepiya ilə əlaqəli tədrisinin obyektiv əsaslarını həmin prinsip təşkil edir. Lakin yazı tələffüzü olduğu kimi əks etdirə bilməz. Sözün səs və hərf tərkibinin münasibəti yazı və tələffüzün ən çətin problemidir. Bu çətinlik fonetik qaydalarla, xüsusilə hərfin qrafik funksiyasını bilməklə aradan qaldırılır. Məsələn: “qe” hərfinin əsas qrafik funksiyası “q” səsini bildirməkdir. Lakin bu hərf x, ğ, kasəslərini də ifadə edir. Deməli, sözün səs tərkibi və hər bir hərfin funksiyasını elmi əsaslarla öyrənməklə ədəbi dilin fonetik normalarına yiyələnmək olar. Hələ vaxtılə akademik Şerba göstərirdi ki, orfoqrafik məsələni həll etmədən orfoepik məsələni həll etmək lazımdır. Bu elmi ümumiləşdirmə həm orfoeqiya, həm də orfoqrafiya məsələlərini obyektiv, dilin daxili qanunlarına uyğun həll etmək üçün tutarlı əsas verir. Yəni yazılışı düzgün tələffüzünə uyğun gəlməyən bu və ya digər qaydanı elmi əsasda dərk etmək üçün onu mütləq tələffüzlə qarşılaşdırmaq, fərqli və oxşar cəhətlərini aşkara çıxarmaq lazımdır. Buradan isə orfoepik qaydaların müəyyənləşdirilməsi, elmi əsaslarla izahı zəruriyyəti ortaya çıxır".