Polislərin maaşı gələn il artırıla bilər

19 Noyabr 2024 15:53 (UTC+04:00)

Gələn il Daxili İşlər NAairliyinin əməkdaşlarının əməkhaqlarının artırılması məsələsinə baxılacaq. SİA xəbər verir ki, bunu maliyyə naziri Samir Şərifov Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya, Əmək və sosial siyasət, Səhiyyə, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrinin bu gün keçirilən birgə iclasında bildirib.

Nazir bu il Daxili Qoşunlarda maaşların artırıldığını xatırladıb.