Bu ilin yanvar-oktyabr aylarında xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının ümumi sayı ötən ilin eyni dövrü ilə müqayisədə 17,6 % artaraq 1 milyon 816,4 min nəfər olub. SİA Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, ölkə vətəndaşlarının 41,8 %-i Türkiyəyə, 20,7 %-i Rusiyaya, 8,7 %-i Gürcüstana, 8,6 %-i İrana, 20,2 %-i digər ölkələrə səfər edib.
Gedənlərin 64,1 %-ni kişilər, 35,9 %-ni qadınlar təşkil edib.
2023-cü ilin eyni dövrünə nisbətən İrana gedənlərin sayı 35,6 %, Rusiyaya gedənlərin sayı 14,1 %, Gürcüstana gedənlərin sayı 13,4 %, Türkiyəyə gedənlərin sayı 10,8 % artıb.
Xarici ölkələrə səfər edən Azərbaycan vətəndaşlarının 69,6 %-i hava, 28,3 %-i dəmir yolu və avtomobil, 2,1 %-i isə dəniz nəqliyyatından istifadə edib.