"Noyabrın 12-də, BMT-nin iqlim dəyişmələri üzrə çərçivə konvensiyasının tərəflər konfransının 29-cu sessiyasında, liderlərin sammitinin açılışında Azərbaycan Prezidenti çıxış etdi". Bu sözləri SİA-ya açıqlamasında politoloq Elşad Həsənov deyib.
O bildirib ki, Prezident çıxışında əsasən qonaqları salamladı, ona dəstək olan 200-ə yaxın ölkənin COP-un Azərbaycanda keçirilməsini dəstəklədiyini bildirdi, bizə köməklik edən BƏƏ-nin rəhbərliyinə, komandasına təşəkkürünü bildirdi: "Eyni zamanda bilirdi ki, Azərbaycanın son illərdə əldə etdiyi nailiyyətlərin mərkəzində Azərbaycanın iqtisadi müstəqilliyə çatması, dövlət və xalq marağından çıxış edən siyasətinin olmasıdır. Azərbaycan Prezidenti Qoşulmama Hərəkatına sədrlik etdiyi dörd ildə bu, 120-dən artıq ölkəni birləşdirdi. Biz çoxlu layihələrə əl atdıq, köməklər etdik, həm də 60 ölkəni birləşdirən İslam Əməkdaşlıq Təşkilatının da üzvüyük.
Azərbaycan bu illər ərzində Avropa İttifaqının 10 üzvü ilə sazişlər imzalayıb, biz onlara enerji təhlükəsizliyinin təmin edilməsində köməkliklər edirik. Azərbaycan Prezidenti həm də onu bildirdi ki, BMT-nin sivilizasiyalar alyansı ilə birlikdə 2 ildən bir Bakıda mədəniyyətlərarası forum keçiririk. Multikulturalizm bizim dövlət siyasətimizdir. Bu da hamıya məlumdur. Çıxışda Azərbaycan Prezidenti yaşıl enerji haqqında da məlumat verdi. Bərpa olunan enerjidə texniki potensialımız 135 GB, dənizdə isə 157 GB təşkil olunduğunu qonaqların nəzərinə çatdırdı. Ərazimizin dörddə birində yaşıl enerjiyə keçirilib. Bu da Naxçıvan, Qarabağ, Şərqi Zəngəzurdur. Gələcəkdə planlarımız odur ki, ərazilərimizin böyük əksəriyyəti yaşıl enerjiyə keçilsin. Xəzər dənizindən başlayaraq Qara dənizin dibi ilə Avropaya yaşıl enerji ötürülməsi üçün layihələr üzərindən işləməyə çalışdığımızı bildirdik.
Prezident Azərbaycana qarşı qara yaxanları, Azərbaycanı neft ölkəsi adlandıranların da sərrast cavablarını verib, onlara bildirib ki, Azərbaycan qlobal neft hasilatında cəmi 0,7 faiz təşkil edir. Qaz hasilatında isə bu 0,9 faiz paya malikdir. Yəni bununla bağlı bizə neft ölkəsi deyən ölkələr bizdən on, iyirmi dəfələrlə artıq neft istehsal edirlər. Ancaq Azərbaycanın adını mənfi cəhətdən hallandırmağa çalışırlar. Ona görə də, onlara layiqli cavablar verildi.
Həm də Azərbaycan Prezidenti COP29-un Azərbaycanda keçirilməsinə razılıq veriləndən sonra Azərbaycana qarşı bəzi dairələrdə qarayaxma kompaniyaları aparan ölkələrə bildirdi ki, artıq bizdə COP29 tədbirində 72 mindən artıq adam qeydiyyatdan keçib, 80 ölkənin dövlət başçıları, baş nazirlər iştirak edirlər. Bu da bizə qara yaxanlara ən yaxşı cavabdır. Azərbaycanın ortaya qoyduğu işlər, həyata keçirdiyi tədbirlər onu deməyə əsas verir ki, Azərbaycan böyük meqalayihənin həyata keçirilməsində öncül ölkələrdən biridir. Hətta birincisidir".
"COP29-un təşkili dövlət başçıları tərəfindən çox yüksək qiymətləndirilir. Bu mənada Azərbaycan Prezidentinin çıxışı da qonaqlar tərəfindən çox böyük razılıqla qəbul edilib. Eyni zamanda Fransanın rəhbərliyinin xətrinə dəyib. Onların ətraf mühit naziri COP29-a gəlmək istəyirdi. Ancaq Azərbaycan Prezidenti onları tənqid etdiyinə görə bu tədbirə də qatılmadılar. Fransanın Afrikada və digər yerlərdə törətdiyi cinayətlər, nüvə silahının sınaqdan çıxarıldığı ölkələrdə 1966-cı ildən 1996-cı ilə qədər 193 dəfə nüvə silahı həyata keçirilib. Onlar planetə nə qədər ziyan vurublar. Onlar buna görə məsuliyyət daşıyırlar və cavabını da verməlidirlər. Ona görə də, onların COP29-da iştirak etməmələri bu səbəblərdən biridir" - deyə o, əlavə edib.