"Neftçi" və "Turan Tovuz" klubları cərimələnib

19 Noyabr 2024 13:40 (UTC+04:00)

AFFA İntizam Komitəsi "Neftçi" və "Turan Tovuz" klublarını cərimələyib. SİA milli assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, "ağ-qaralar" "Şamaxı" ilə heç-heçə (2:2) etdikləri Premyer Liqanın XIII turunun matçından sonra meydana kənar şəxslərin daxil olmasına görə 800 manat ödəyəcək.

Tovuz təmsilçisi isə "Səbail"lə bərabərə qaldığı (1:1) oyunda azarkeşlərin meydana kənar əşya atması ucbatından eyni məbləğdə ziyana düşüb.