Emin Əmrullayev İtaliyanın təhsil naziri ilə görüşüb - FOTO

19 Noyabr 2024 13:04 (UTC+04:00)

Noyabrın 18-də elm və təhsil naziri Emin Əmrullayev BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində ölkəmizdə səfərdə olan İtaliyanın təhsil naziri Giuseppe Valditara ilə görüşüb. Bu barədə SİA-ya Elm və Təhsil Nazirliyindən məlumat verilib.

Bildirilib ki, görüş zamanı iki ölkə arasında təhsil sahəsində əməkdaşlığın cari vəziyyəti və gələcək perspektivləri müzakirə edilib.