“Google”a qarşı iddia

19 Noyabr 2024 11:22 (UTC+04:00)

ABŞ Ədliyyə Departamentinin 24 yanvar 2023-cü il tarixində verdiyi açıqlamada Kaliforniya ştatının Kolorado əyalətlərinin baş prokurorları ilə Virciniya ştatının Şərq Bölgəsinin Dairə Məhkəməsində “Google”a qarşı “antiinhisar” iddiası qaldırıldığı bildirilib. SİA xəbər verir ki, nazirlik avqust ayında “Google”un axtarış bazarını qeyri-qanuni inhisara alması barədə qərar çıxaran hakimdən süni intellekt və Android smartfon əməliyyat sistemi ilə bağlı tədbirlər görməsini istəyib.

ABŞ Ədliyyə Departamentinin antiinhisar rəsmiləri hakimdən “Google”u “Chrome” brauzerini satmağa məcbur etməyi xahiş edəcək.

Belə ki, ABŞ-da federal hakim Amit Mehta avqust ayında internet texnologiyaları sahəsində mühüm qərar çıxararaq, “Google”un axtarışda “qanunsuz monopoliya” yaratdığına qərar verib.