Əmtəə bazarlarında qızıl və gümüş bahalaşıb

19 Noyabr 2024 09:56 (UTC+04:00)

Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası üzrə dekabr fyuçerslərinin qiyməti 0,42% artaraq 2 625,7 ABŞ dollarına bərabər olub. SİA birja məlumatlarına istinadən xəbər verir ki, COMEX-də gümüşün bir unsiyası üzrə dekabr fyuçerslərinin qiyməti də 0,42% artaraq 31,36 ABŞ dollarına bərabər olub.