Azərbaycan yığması qrup mərhələsində sonuncu oyununa çıxacaq

19 Noyabr 2024 09:12 (UTC+04:00)

Azərbaycan yığması UEFA Millətlər Liqasının qrup mərhələsində bu gün sonuncu oyununa çıxacaq. SİA xəbər verir ki, komanda C Liqasının I qrupunun matçında İsveçlə qarşılaşacaq.

Görüşün start fiti Bakı vaxtı ilə saat 23:45-də səslənəcək.

Qarşılaşmanı Polşadan olan FIFA referisi Pavel Raçkovski idarə edəcək.

Azərbaycan millisi daha əvvəl Estoniya (1:3, 0:0), Slovakiya (0:2, 1:3) və İsveç (1:3) ilə qarşılaşıb.

UEFA Millətlər Liqası

VI tur

19 noyabr

C Liqası, I qrup

23:45. İsveç - Azərbaycan

Baş hakim: Pavel Raçkovski (Polşa).

"Friends Arena".

Qeyd edək ki, I qrupda İsveç 13 xalla liderdir. Yığmamız 1 xalla sonuncu pillədə qərarlaşıb.