“Mançester Yunayted”in 32 yaşlı danimarkalı yarımmüdafiəçisi Kristian Eriksen yayda klubu tərk edəcək. SİA xəbər verir ki, bu barədə futbol insayderi Fabritsio Romano məlumat verib. Oyunçunun müqaviləsi 2025-ci ilin yayına qədərdir.
Məlumdur ki, Ruben Amorim komandanı perspektivli gənc futbolçularla gücləndirəcək.
Eriksen bu mövsüm “Mançester Yunayted”in heyətində 8 Premyer Liqa və 4 Avropa Liqası oyununda iştirak edib. Avrokuboklarda Kristian 2 qol vurub.
Eriksen 2020-ci il Avropa çempionatında Finlandiya ilə oyun zamanı huşunu itirib. Daha sonra futbolçunun ürəyi dayanıb.
Həkimlərin səyi nəticəsində xilas edilən Eriksen bir müddət sonra futbola qayıdıb.