COP29-da iştirak etməkdə məqsədim ölkəmdə hazırda həyata keçirilən aqroekoloji nailiyyətləri bölüşmək, iqlim dəyişikliyinə töhfə vermək məqsədilə innovasiyaları bölüşmək və həmçinin Burkina-Fasoda tərəfdaşlıqları müəyyən etməkdir.
SİA-nın əldə etdiyi məlumata görə, bunu açıqlaması zamanı Burkina-Fasonun nümayəndəsi, sahibkar Konsimbo Camilatu bildirib.
Burkina-Fasonun nümayəndəsi qeyd edib ki, onun COP29 konfransından gözləntisi Afrikada kənd təsərrüfatı sektorunun inkişafını artırması, gənclərin kənd təsərrüfatı və balıqçılıq sahələrinə daha çox sərmayə qoymağa cəlb olunması üçün təşəbbüslər həyata keçirilməsidir.
Onun sözlərinə görə, çoxlu sayda işsiz gəncin hazırkı durumdan çıxış yolu kənd təsərrüfatında çalışmaqdır: “COP29 yaxşı təşkil olunub, qonaqpərvər könüllülər var. Bakı gözəl şəhərdir, təhlükəsizlik yaxşıdır, hər şey qaydasındadır. Bizi xoş qarşılayırlar, özümüzü evdəki kimi hiss edirik. Havanın temperaturu da yaxşıdır. Yeməkləriniz ləzzətlidir və hər bir şəraitdən razıyıq”.