Abşeronda tikintidə çalışan 42 yaşlı şəxs hündürlükdən yıxılaraq ölüb.
SİA yerli mənbələrə istinadən xəbər verir ki, Abşeron Rayon Polis İdarəsində məlumatı təsdiqləyərək bildiriblər ki, tikintidə fəhlə işləyən 1982-ci il təvəllüdlü Radim Nüsrət oğlu İbrahimov iş zamanı ehtiyatsızlıqdan hündürlükdən yıxılaraq ölüb.
Faktla bağlı araşdırma aparılır.