Türkiyə hava yolu milli proqram təminatı ilə idarə olunacaq

18 Noyabr 2024 22:44 (UTC+04:00)

Türkiyə hava yolu milli proqram təminatı ilə idarə olunacaq.

Nəqliyyat və infrastruktur naziri Əbdülqədir Uraloğlu Türkiyə mühəndisləri tərəfindən hazırlanmış ilk yerli və milli hava hərəkəti izləmə proqramı olan İnteraktiv Radar Analizi və Məlumat Ekranının (İRADE) Çukurova və İstanbul Atatürk hava limanlarında istifadə olunmağa başladığını bildirib.

SİA-nın türk saytlarından əldə etdiyi məlumata görə, Dövlət Hava Limanları İdarəsi (DHMİ) tərəfindən hazırlanmış hava yolunun görüntüləmə proqramı ilə bağlı yazılı açıqlama verən Uraloğlu deyib: "Aviasiya sahəsində tətbiq etdiyimiz İRADE proqram təminatını İstanbul Atatürk və Çukurova hava limanlarımızda istifadə etməyə başlayaraq aviasiya sahəsində yeni bir dövrə başladığımız üçün xoşbəxtik.

İlk yerli və milli hava yolu görüntüləməmiz sayəsində bu sahədə xarici asılılıqdan qurtulduq və növbəti yerli texnologiya məhsullarına yol açdıq. İRADE proqramı aviasiya sahəsində beynəlxalq standartlara uyğun, təhlükəsiz və tamamilə türk mühəndisləri tərəfindən hazırlanmış yüksək texnologiyalı məhsuldur. Daha əvvəl DHMI personalı tərəfindən aeronaviqasiya xidmətlərində inkişaf etdirilən yerli və milli Rəqəmsal-Hava limanı Terminal Məlumat Sisteminin (D-ATIS) ardınca başqa bir yerli və milli dizayn olan İRADE gündə təxminən 5 min təyyarə tərəfindən istifadə edilən yol hərəkətinə nəzarət xidmətləri üçün əvəzedilməz bir vasitədir".