Hindistan hal-hazırda su qıtlığından əziyyət çəkən ölkələr sırasındadır. Suya qənaətlə bağlı çoxlu tədbirlər görülür, xüsusən torpağın keyfiyyətinin artırılması suyun saxlanması üçün görülən əsas tədbirlərdəndir. Biokömür də bu tədbirlərə daxildir.
SİA yerli mənbələrə istinadən xəbər verir ki, bunu açıqlaması zamanı COP29-un hindistanlı iştirakçısı Archana Ramesh Pai deyib.
O vurğulayıb ki, hazırda iqlim dəyişikliyi ilə bağlı bir çox problem var.
“Bunlardan biri, iqlim dəyişikliyi məlumatları olmayan insanlara bu informasiyaları verərək iqlim dəyişikliyinin təhlükələrini çatdırmaqdır. Bu, indiki ən böyük çağırışdır. Hindistanda bütün icmalar bununla bağlı birgə hərəkət edir”, - deyə o qeyd edib.