SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, beynəlxalq dəniz təlimlərində donanmadan əlavə, Finlandiya ordusu, Hərbi Hava Qüvvələri, Müdafiə Nazirliyinin maddi-texniki təminat komandanlığı və sərhəd mühafizə xidmətinin hərbçiləri, həmçinin müttəfiq qüvvələrin çoxsaylı birləşmələri iştirak edir.
Genişmiqyaslı təlimlərə ABŞ, Fransa, Almaniya, Danimarka, İsveç, Estoniya, Latviya və Litvaya aid ümumilikdə 30-a yaxın hərbi gəmi, təchizat və yardımçı vasitələr, nəqliyyat katerləri, habelə 4 min nəfərədək şəxsi heyət cəlb olunur. Bundan əlavə, təlimlərdə ABŞ və Fransanın döyüş və dəniz patrul təyyarələri, helikopterlər və NATO gəmilərindən ibarət iki daimi dəstə iştirak edir.
Təlumlərin məqsədi dəniz nəqliyyatının mühafizəsi, sualtı infrastrukturun monitorinqi və qorunması üzrə tədbirləri, o cümlədən Finlandiya sahillərində və Baltik dənizində hərbi əməliyyatları təcrübədən keçirməkdir.
Təlimlər noyabrın 29-da başa çatacaq.