Naxçıvan iqtisadiyyatı 1 %-dən çox böyüyüb

18 Noyabr 2024 14:23 (UTC+04:00)

Bu ilin yanvar-oktyabr aylarında Naxçıvan Muxtar Respublikasında ümumi daxili məhsul istehsalı 1 milyard 192 milyon 600 min 100 manat olub. Bu barədə Muxtar Respublikanın Dövlət Statistika komitəsindən SİA-ya məlumat verilib.

Bildirilib ki, bu, 2023-cü ilin müvafiq dövründəki göstəricidən 1,1 % çoxdur.

Bu dövr ərzində əhalinin hər nəfərinə düşən ümumi daxili məhsul istehsalı 0,6 % artaraq 2 539,6 manat olub.