“Sumqayıt” komandası üç basketbolçu ilə yollarını ayırıb. Klubdan SİA-ya verilən məlumata görə, “kimyaçılar” Andrey Moteyunas, Ceylon Klark və Akim Klarkla vidalaşıb.
Hər üç oyunçu mövsümün əvvəlində komandaya transfer olunmuşdu.
Qeyd edək ki, Azərbaycan Basketbol Liqasında B qrupunda yer alan “Sumqayıt” 3 xalla sonuncu – 6-cı yerdə qərarlaşıb.