Tanzaniyada 4 mərtəbəli bina uçub. Hadisə nəticəsində 13 nəfər ölüb, 84 nəfər yaralanıb. SİA xarici KİV-ə istinadən xəbər verir ki, Tanzaniya prezidenti Samiya Suluhu Həsən, Darüs-Salamda 4 mərtəbəli binanın uçması nəticəsində 13 nəfərin öldüyünü, 84 nəfərin isə yaralandığını bildirib.
G20 Liderlər Zirvəsinə qatılacağı Braziliyada açıqlama verən Həsən binanın çökdüyü Kariakoo bölgəsində axtarış-xilasetmə işlərinin davam etdiyini bildirib. Həsən, hökumətin prioritetinin insanların həyatını xilas etmək olduğunu və Kariakoodakı binaların dayanıqlığını araşdırmaq üçün bir qrup təyin etdiklərini söyləyib. Dağıntılar altında qalanların dəqiq sayı məlum deyil, ordu da daxil olmaqla təcili yardım qrupları sağ qalanların yerini müəyyən etməyə çalışır.