Büdcə xərclərinin inflyasiyaya təsiri davam edəcək - TALEH KAZIMOV

18 Noyabr 2024 12:49 (UTC+04:00)

2025-ci ildə dövlət büdcəsi xərclərinin inflyasiyaya təsiri davam edəcək. SİA xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaya və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında - "2025-ci il dövlət büdcəsi haqqında" qanun layihəsi ilə bağlı müzakirələrdə Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bildirib.

Onun sözlərinə görə, gələn il büdcənin ümumi xərclərinin inflyasiyaya 0,2 %, o cümlədən cari xərclərinin də 0,2 %, əsaslı xərclərinin isə neytral təsir edəcəyi gözlənilir.