Hollandiyanın Yardım və Gömrük üzrə Dövlət Naziri Nora Açahbar Amsterdamda keçirilən Ayaks-Makkabi Təl-Əviv matçından sonra baş verən hadisələrə görə istefa verib. SİA xarici KİV-ə istinadən xəbər verir ki, Hollandiyanın Dövlət Yardım və Gömrük Naziri Nora Açahbar, insident baş verən paytaxt Amsterdamda noyabrın 7-də oynanılan Ayaks-Makkabi Təl-Əviv matçından sonra Nazirlər Şurasının iclaslarında istifadə edilən "irqçi ritorika" səbəbi ilə istefa qərarı verib.
Nazir vəzifəsinə başlamazdan əvvəl prokuror, vəkil, hakim kimi müxtəlif hüquqi vəzifələrdə çalışmış Açahbarin istefası ilə Yeni Sosial Müqavilə partiyasının hökumətdəki təmsilçilərinin sayının 6-ya enəcəyi bildirilib.