Naxçıvan Muxtar Respublikasında (MR) bu ilin yanvar-oktyabr aylarında 17 min 523 nəfər sosial müavinətlə təmin edilib. SİA-nın məlumatına görə, cari ilin yanvar-oktyabr aylarında Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən 16 min 693 nəfər Prezidentin aylıq təqaüdü, 17 min 523 nəfər sosial müavinətlə təmin edilib.
Nazirlikdən verilən məlumata görə, həmin dövrdə əhaliyə Prezident təqaüdləri üzrə 23 milyon 466 min 811 manat, sosial müavinətlər üzrə 34 milyon 405 min 386 manat ödənilib.