2025-ci ildə bəzi kütləvi informasiya vasitələrinin maliyyələşdirilməsinə 65,1 milyon manat maliyyə yardımı nəzərdə tutulub. SİA xəbər verir ki, bu Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcə zərfində qeyd edilib.
2024-cü illə müqayisədə bu 0,3% çoxdur.
Bu vəsait "Azərbaycan Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyətinin, İctimai Televiziya və Radio Yayımları Şirkətinin, "Mir" Dövlətlərarası Teleradio Şirkəti Azərbaycan Milli Nümayəndəliyinin fəaliyyətinin təmin olunması üçün nəzərdə tutulub.