2025-ci il üçün seçki və statistika tədbirlərinə ayrılacaq vəsait məlum olub

18 Noyabr 2024 11:14 (UTC+04:00)

Növbəti il seçki və statistika tədbirləri üçün dövlət büdcəsindən 35 milyon 57 min manat vəsait xərclənəcək. SİA-nın məlumatına görə, bu barədə dövlət büdcəsi zərfində deyilir.

Bundan başqa dövlət büdcəsindən qanunvericilik və icra hakimiyyəti, yerli özünüidarəetmə orqanlarının fəaliyyəti üçün 1 milyard 735 milyon 544 min manat ayrılacaq.

Xatırladaq ki, 2025-ci ildə Azərbaycanda növbəti bələdiyyə seçkilərinin keçirilməsi gözlənilir.