"COP29 tədbiri, qlobal sammiti hər il keçirilir". Bu sözləri SİA-ya açıqlamasında politoloq İlqar Vəlizadə deyib.
O bildirib ki, Azərbaycanda keçirilməsi ondan xəbər verir ki, Azərbaycana böyük diqqət və etibar var: "Eyni zamanda COP-un, ənənəvi iqlim sammitlərinin yararları əslində həmişə əhəmiyyətli olub. COP29 tədbiri ictimai və siyasi birlikdəlik üçün vacib bir hadisədir. Ona görə də düşünürəm ki, Bakı deklorasiyası, hansı ki, COP29-un nəticəsində qəbul olunacaq. Deklorasiya imkan verəcək ki, dünya siyasəti məhz COP29-un nəticələrini nəzərə almaqla müəyyən dərəcədə, müəyyən istiqamətlərdə inkişaf edəcək. COP29 iqlim diskussiyalarına hal-hazırda bəşəriyyət səviyyəsində təkan verəcək. Bu da Azərbaycanın əhəmiyyətini artırır, Azərbaycanın təsirini dünya siyasətində artırır.
Digər tərəfdən xarici ictimai-siyasi dairələrin, ekoloji ictimaiyyətin diqqətini Bakıya cəlb edir. Bu tədbir Azərbaycanın əhəmiyyətini həm regionda, həm də dünyada bir daha vurğulayır. COP29 tədbirlərinə diqqət həmişə böyük olub. İndi də ildən-ilə artır. COP29 çərçivəsində vacib məsələlər müzakirə olunacaq, bir çox məsələlərin həlli üçün çox güman ki, təkliflər səsləndiriləcək. Bu cəhətdən tədbir çox vacibdir. Eyni zamanda ilk dəfə olaraq Azərbaycanda müxtəlif ölkələrin, həm qərb, həm cənub, yaxın şərq ölkələrinin, yəni bütün dünyanın aparıcı siyasətçiləri yığışacaq. Bu da dünyada gedən qlobal dialoqun təzahürüdür. Azərbaycan bu dialoqda vacib rol oynayacaq. Bu da Azərbaycanın siyasi-humanitar çəkisini dünyada artıracaq".