Əmtəə bazarlarında qızıl və gümüş bahalaşıb

18 Noyabr 2024 09:22 (UTC+04:00)

Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası üzrə dekabr fyuçerslərinin qiyməti 1.06% artaraq 2 597,40 ABŞ dollarına bərabər olub. SİA birja məlumatlarına istinadən xəbər verir ki, COMEX-də gümüşün bir unsiyası üzrə dekabr fyuçerslərinin qiyməti də 1.21% artaraq 30.80 ABŞ dollarına bərabər olub.