Qəzzada ölənlərin sayı 43,8 min nəfəri ötdü

18 Noyabr 2024 08:11 (UTC+04:00)

Ötən ilin oktyabrında anklavda hərbi əməliyyatlara başlayandan indiyədək İsrailin hərbi əməliyyatları nəticəsində Qəzza zolağında 43 min 800-dən çox fələstinli həlak olub. SİA xəbər verir ki, bu barədə Fələstinin Səhiyyə Nazirliyi teleqramda bildirib.

"İsrailin Qəzzada həyata keçirdiyi əməliyyatlar nəticəsində ölənlərin sayı 2023-cü ilin oktyabrından bugünədək 43 846 nəfərə yüksəlib, daha 103 740 nəfər yaralanıb", - deyilir.

Qeyd olunur ki, son 24 saat ərzində Qəzzada 47 fələstinli həlak olub, daha 139 nəfər yaralanıb.