"Birləşmiş Millətlər Təşkilatı dünyada münaqişələrin qarşısını almaq iqtidarında deyil". SİA xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. "BMT dünyada, xüsusən də Qəzzada münaqişələrin qarşısını almaq iqtidarında deyil", - Türkiyə lideri vurğulayıb.
Ərdoğanın sözlərinə görə, beynəlxalq təşkilat böhranların həlli yollarını tapa bilmir.