...Son 24 saat ərzində Sankt-Peterburqda 5 yeniyetmə yoxa çıxıb.
SİA rus saytlarına istinadən xəbər verir ki, onların hamısı şəhərin müxtəlif yerlərindən olan müəllimlər, valideynlər və həkimlər onları axtarır.
KİV-in məlumatına görə, noyabrın 16-da Kirovski rayonunda ailə təhsili mərkəzində yaşayan 17 yaşlı yeniyetmə qız yoxa çıxıb.
Bu barədə polisə mərkəzin əməkdaşı məlumat verib. Onun sözlərinə görə, qız bundan əvvəl də qaçıb. Elə həmin gün Kalininski rayonunda 17 yaşlı oğlan ailə təhsilinin təbliği mərkəzini tərk edib, Primorski rayonunda isə 15 yaşlı yetim uşaq həmin mərkəzdən qaçıb.
Noyabrın 16-da həmçinin 14 yaşlı oğlan yoxa çıxıb - Krasnoselski rayonunun sakini oğlunun itkin düşməsindən danışıb. Onun sözlərinə görə, oğlu evdə təhsil alır və əvvəllər də yoxa çıxıb.
Nəhayət, Mərkəzi Rayonda uşaq xəstəxanasından 17 yaşlı xəstə qaçıb.
Yeniyetmələrin axtarışları davam edir. Bundan əvvəl bildirilmişdi ki, son bir ayda Sankt-Peterburq və Leninqrad vilayətində 300-dən çox adam yoxa çıxıb.
Nazlı Almuradova