...Rusiya Federasiyasının Kurqan vilayətində regional Dumanın deputatları aborta “sahibkarlıq etmək” üçün cərimələr tətbiq edən qanun layihəsi hazırlamağa başladılar.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə URA.ru yazıb.
Sənədə görə, belə bir "pozuntuya" yil verən vətəndaşlar və təşkilatlar üçün cərimələr 10 ilə 200 min rubl arasında dəyişə bilər.
Qanun layihəsinin yaradılmasına səbəb yerli Pravoslav Qadınlar Birliyinin müraciəti olub və belə bir tədbirin zəruriliyini “Rusiyaya qarşı hibrid müharibə” ilə əlaqələndirib.
Noyabrın 4-də bu ideyanı Kurqan vilayətinin qubernatoru Vadim Şumkov dəstəkləyib.
Dövlət Dumasının Kurqan vilayətindən olan deputatı Aleksandra İltyakova (Vahid Rusiya) qanun layihəsini şərh edərkən bildirib ki, uşaqlıqdan gələcək nəsillərin şüuruna “mənəviyyatın əsasları” və “ailə dəyərləri” daxil edilməlidir. ...Doğum maşını işləyərkən, yer üzündə sizə veriləni edin. Əks halda, Yaradanın iradəsinə zidd gedərək, günahınızla özünüzü, ailənizi, sevdiklərinizi öldürərsiniz. Uşaqlara bağçadan “mənəvi bağlar” aşılamaq lazımdır.
Qeyd edək ki. Rusiya Federasiyasında doğum səviyyəsi Krımın ilhaqından qısa müddət sonra azalmağa başladı.
Əgər 2014-cü ildə ölkədə 1,943 milyon uşaq doğulubsa, 2023-cü ilə qədər bu rəqəm 1,264 milyona düşüb ki, bu da 1999-cu ildən bəri ən pis nəticədir.
...Rosstat məlumatlarına görə, 2024-cü ilin birinci yarısında yeni doğulanların sayı daha 3 faiz azalaraq 599,6 minə qədər düşüb.
Bu isə bütün mövcud müşahidə tarixində antirekorddur.
Əli Babayev