Türkiyənin sənaye və texnologiya nazirinin müavini Məhəmməd Kasım Gönüllü Azərbaycanın paytaxtı Bakıda COP29 tədbirlərini yüksək qiymətləndirib. O, COP29 çərçivəsində təşkil olunan Yaşıl Rəqəmsal Fəaliyyət üzrə yüksək səviyyəli dəyirmi masanın çox səmərəli keçdiyini deyib.
SİA-nın məlumatına görə, nazir müavini COP29-un təşkilatçılığını çox bəyəndiyini də vurğulayıb.
Məhəmməd Kasım Gönüllü Türkiyənin karbonsuzlaşma platforması üzərində işlədiyini bildirib və bu platformanın Türkiyənin yaşıl və davamlı inkişaf məqsədlərinə çatmasına böyük töhfə verəcəyini əlavə edib.
Türkiyə ilə Azərbaycan arasındakı yaşıl rəqəmsallıq sahəsində yüksək səviyyəli əməkdaşlıqdan da söz açan M.Gönüllü iki ölkə arasında bu sahədə mövcud əlaqələrin daha da dərinləşdiriləcəyinə ümid etdiyini vurğulayıb.