Sanitariya-gigiyena qaydalarını pozan şəxslər barəsində tədbir

17 Noyabr 2024 12:02 (UTC+04:00)

Ucarda sanitariya-gigiyena qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə polisin keçirdiyi tədbir zamanı bir neçə ünvanda məişət tullantılarının qalaqlanması faktı aşkar olunub. Bu barədə SİA-ya DİN-in Mətbuat Xidmətinin regional qrupundan bildirilib.

Yaranmış antisanitar vəziyyət polisin müşayəti ilə əraziyə cəlb olunan aidiyyəti dövlət orqanları tərəfindən aradan qaldırılıb.

Antisanitar hallara yol verən şəxslər barəsində müvafiq tədbirlər görülüb.