Fatimə qadağan olunmuş yerdə foto çəkdirdi

17 Noyabr 2024 01:40 (UTC+04:00)

Rəqqasə Fatimə Fətəliyeva istirahət üçün Türkiyəyə yollanıb. SİA xəbər verir ki, sənətçi istanbulda çəkdirdiyi fotoları instaqram izləyiciləri ilə bölüşüb. Fatimənin Taksim səmtində tramvaydan sallanaraq çəkdirdiyi şəkil isə müzakirələrə səbəb olub. Belə ki, tramvayın üzərində bu cür dayanmağın qadağan olunduğu yazılıb.

"Asılmaq qadağan və təhlükəlidir" yazısına məhəl qoymayan rəqqasə həmin pozada fotolar çəkdirib.