İsrailin Baş naziri Benyamin Netanyahunun Qeysəriyyə şəhərindəki iqamətgahının həyətinə iki raket düşüb. SİA xəbər verir ki, bu barədə "The Times of Israel" məlumat yayıb.
Polisin və İsrail əks-kəşfiyyat xidmətinin məlumatına görə, insident nəticəsində heç kim xəsarət almayıb: siyasətçi və onun ailə üzvləri evdə olmayıblar.
Hüquq-mühafizə orqanları düşən raketlərlə bağlı araşdırmaya başlayıb və təhlükəli eskalasiyaya işarə edən ciddi insidenti pisləyib.