Myanma ordusunun həyata keçirdiyi hava hücumları zamanı mülki vətəndaşların hədəf alındığı məlum olub.
SİA-nın məlumatına görə, Karen İnsan Haqları Qrupunun ekspertləri, Myanma ordusunun hücumlarına məruz qalan sakinlər və yerli qeyri-hökumət təşkilatları ilə görüşlər keçiriblər.
Qrupun hazırladığı hesabatda, Myanma ordusunun ölkənin cənub-şərqindəki kəndlərə, məktəblərə və tibb müəssisələrinə 227 hava zərbəsi endirdiyi qeyd edilib. Hücumlar nəticəsində 168 mülki vətəndaşın həyatını itirdiyi, 249 nəfərin isə yaralandığı vurğulanıb.