Türkiyə Hərbi Hava Qüvvələrinin "Solotürk" aerobatika komandası Şimali Kipr Türk Cümhuriyyətinin (KKTC) qurulmasının 41-ci ildönümü və Respublika Günü münasibətilə Girne şəhərində nümunəvi uçuşlar həyata keçirib.
SİA-nın türk saytlarından əldə etdiyi məlumata görə, minlərlə insan "Solotürk"ün F-16 təyyarələri ilə həyata keçirdiyi uçuşları izləyib. Tədbir iştirakçıları, komandanın hərəkətlərini alqışlarla qarşılayıb. Həmçinin qayığı olanlar xüsusi olaraq bu görüntüləri dənizdən seyr ediblər.