İlham Əliyev Müsəlman Ağsaqqalları Şurasının sədrinə başsağlığı verib

16 Noyabr 2024 16:22 (UTC+04:00)

Prezident İlham Əliyev Əl-Əzhərin Şeyxi, Müsəlman Ağsaqqalları Şurasının sədri Əhməd Əl-Tayyib Həzrətlərinə başsağlığı məktubu göndərib. SİA xəbər verir ki, başsağlığı mətnində deyilir:

"Zati-həzrətləri,

Ailənizə üz vermiş ağır itki – bacınız Samiha Məhəmməd Əl-Tayyibin vəfatı xəbəri məni olduqca kədərləndirdi.

Bu üzüntülü anlarda dərdinizi bölüşür, Sizə, ailənizin bütün üzvlərinə səbir diləyir, dərin hüznlə başsağlığı verirəm.

Allah rəhmət eləsin".