Azərbaycan və Türkiyə arasında ilin sonuna kimi əməkdaşlığa dair yeni yol xəritəsi qəbul ediləcək. SİA xəbər verir ki, bunu Türkiyənin sənaye və texnologiya nazirinin müavini Məhəmməd Kasım Gönüllü bildirib.
Onun sözlərinə görə, sənəd Azərbaycanın İqtisadiyyat Nazirliyi ilə birgə hazırlanır.
Türkiyə rəsmisi iki ölkənin bir çox sahədə, o cümlədən standartlaşdırma sahəsində uğurlu əməkdaşlığını vurğulayıb. O qeyd edib ki, Ankara Türkiyə standartlarını Azərbaycan tərəfinə təqdim edib və bu sənayesinin inkişafına öz töhfəsini verir.