"Ölkələr tam şəkildə şəffaflıq göstərməlidirlər" - Alina Averçenkova

16 Noyabr 2024 16:02 (UTC+04:00)

"Ölkələr həm daxildə, həm də beynəlxalq cəmiyyətdə tam şəkildə şəffaflıq göstərməlidir". SİA xəbər verir ki, bu sözləri London İqtisadiyyat Məktəbinin İqlim Dəyişikliyi və Ətraf Mühit üzrə Qrantham Tədqiqat İnstitutunun İdarəetmə və Qanunvericilik üzrə rəhbər siyasət işçisi və rəhbəri Alina Averçenkova deyib.

O bildirib ki, indiyə kimi iki mindən çox milli qanunu tədqiq edib nəticələrini saytımızda yerləşdirmişik: "Bəzi milli iqlim qanunları icra olunmur. Sadəcə iddialı hədəflər qoymaq kifayət deyil, mexanizmlər qurulmalıdır.

İqlim qanunları, həqiqətən də, milli hədəflərin icrasında fərq yaradır. Burada konkret qanunlar, aralıq və uzunmüddətli hədəflər müəyyən olunmalıdır. Mexanizmlər müəyyənləşdirilməli, həmçinin müstəqil ekspert qurumları tərəfindən qiymətləndirilməlidir".